Niyə “Allah-taala”(camaat) yox, “Allah-təala”(cəmaət) deyirsiniz?!  - PROFESSORDAN DİN XADİMLƏRİNƏ ETİRAZ

18:28 21.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Mən həftənin 3-cü günü üçün Dilçilik İnstitutuna Dini komitədən nümayəndələr dəvət etmişəm.  Onlarla dilimizin normaları ilə bağlı müzakirələr aparmağı planlaşdırıram.

Bu fikirləri hafta.az-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli deyib:

“Axundlar məscidlərdə xütbələr oxuyan zaman, insanlara və ictimaiyyətə səhv məlumat ötürürlər. Niyə “Allah-təala”(cəmaət) deyirsiniz, “Allah-taala”(camaat) demirsiniz? Din xadimlərimiz, axundlarımız gərək ehtiyatlı olsunlar. Onlar insanlara təsir edə bilirlər. Bunun fəsadlarıdır ki, Dilçilik İnstitutuna kifayət qədər çox məhkəmə şikayətləri var”.